Prezident İlham Əliyev bir daha Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.
“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - Əliyev bazar ertəsi Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib. **
R.Əhmədov