Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Bazar ertəsi Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı qeyd edib ki, Bakıda Xocalı soyqırımı barədə “həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik”.
“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir.Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - Əliyev bəyan edib.
Onun sözlərinə görə, “Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin».
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın “Xocalıya ədalət!” çağırışı cavabsız qaldı.
O qeyd edib ki, 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanıyıb, ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. “Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”, - Azərbaycan prezidenti deyib.
O vurğulayıb ki, “biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.
Əliyev əlavə edib ki, buna 30 il vaxt lazım oldu. “Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”. **
Xəbərlər şöbəsi