Almaniya kansleri Olaf Şolts ölkəsinin Ukraynadakı münaqişədə bilavasitə iştirak etməsini istəmədiyini, buna görə də “Taurus” qanadlı raketlərini Kiyevə təhvil vermək istəmədiyini bəyan edib.
«Şolts Berlində deyib ki, o, almanların biliklərindən birbaşa Rusiya hədəflərinə zərbə vurmaq üçün istifadə etdiyi bir vəziyyətin meydana gəlməsini istəmir», - «Fokus» nəşri məlumat verir
Onun sözlərinə görə, Ukraynaya hərbi yardım ətrafında hazırkı debatların bir silah sistemi – “Taurus” raketləri ətrafında cəmləşməsi onu “çox qıcıqlandırır”; halbuki, Ukraynada prinsip etibarilə silah-sursat çatışmır. **