Britaniyalı maliyyəçi Ceykob Rotşild 87 yaşında vəfat edib. Bu barədə “Rothschild Foundation” xeyriyyə fondu “X” hesabında məlumat verib.
Məşhur bankir sülaləsinə mənsub və lord titulu daşıyan Rotşild 1988-2019-cu illərdə «RIT Capital Partners» fondunun direktorlar şurasının sədri, 1985-1991-ci illərdə isə London Milli Qalereyasının Himayəçilər Şurasına rəhbərlik edib.
O, yəhudi adətlərinə uyğun olaraq kiçik ailə mərasimi çərçivəsində dəfn ediləcək. Bu barədə ailə PA agentliyinə məlumat verib.
Ölüm səbəbləri dəqiqləşdirilmir. **