Fevralın 19-na qədər Azərbaycan və Türkiyə Rusiyaya 25,1 milyon ədəd yumurta ixrac edib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) xəbər verir.
Xüsusilə, fevralın 19-dan 25-dək Rusiyaya Azərbaycandan “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 1,8 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurta daxil olub.