Avropa ölkələri arasında hazırda Ukrayna ərazisinə hərbçilərin göndərilməsinin zəruriliyi ilə bağlı konsensus yoxdur. Bu barədə çərşənbə axşamına keçən gecə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
"Hazırda qoşunların göndərilməsi ilə bağlı konsensus yoxdur. Ancaq bu məsələdə gələcəkdə heç nə istisna edilməməlidir", - o, jurnalistlərə Parisin Ukrayna ilə bağlı təşkil etdiyi beynəlxalq görüşün nəticələrinə əsasən bildirib.
Görüşdə Avropa ölkələrinin 20-yə yaxın rəhbəri iştirak edib. **