Fransa tərəfdaşları ilə Ukraynaya raket və bomba təhvil verilməsi ilə bağlı koalisiyas yaradacaq. Bu barədə çərşənbə axşamına keçən gecə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
«Biz artıq bu gün belə bir koalisiya yaradacağıq», - deyə o, Parisin təşkil etdiyi Ukrayna konfransından sonra jurnalistlərə bildirib. Makronun sözlərinə görə, koalisiya Kiyevə uzun məsafəli raketlərin tədarükü ilə məşğul olacaq.
Makron xatırladıb ki, indiyədək Qərb ölkələrinin Ukraynaya müxtəlif silahların təhvil verilməsi ilə məşğul olan səkkiz «koalisiyası» olub. **