Livanda yerləşən «Hizbullah» qruplaşması İsrailin şimalında Meron dağındakı baza istiqamətində onlarla raket buraxıb. Bu barədə «The Times of Israel» xəbər verir.
Hücum nəticəsində yaralılar barədə məlumat verilməyib. Bu rayonda yerləşən bir neçə yaşayış məntəqəsində hava həyəcan siqnalları səslənib.
«Hizbullah» hücumun məqsədinin hava hərəkətinə nəzarət edən Meron dağındakı baza olduğunu bildirib. Məlumatlara görə, bazar ertəsi qruplaşma Livanın qədim Baalbek şəhəri yaxınlığında İsrailin hava hücumlarına cavab olaraq raketlər buraxıb. **