Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Fərid Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni rəsmi mətbuatda dərc olunub.
Hazırki təyinatdan öncə hüquqi təhsili olan Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinivəzifəsini tutub.
Prezident İlham Əliyev 16 fevral 2024-cü ildə Azərbaycan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Ədliyyə naziri vəzifəsi vakant qalıb.
2000-2024-cü illərdə ədliyyə naziri vəzifəsində çalışan Fikrət Məmmədov cari ilin fevral ayında Azərbaycan Konstitusiya Məhkəməsinin sədri təyin olunub. **
N.Abbasova