2023-cü ildə Azərbaycan 320,543 min baş qoyun idxal edib ki, bu da 2022-ci ilin göstəricisindən 65% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilir.
İIdxal olunan qoyunların dəyəri $25 milyon 102,97 min (artım 57,9%) qiymətləndirilir.
İdxalın əsas həcmi Gürcüstan və Rusiyanın payına düşüb. Xüsusilə, Gürcüstandan $16 milyon 414,92 min dəyərində 218,191 min baş qoyun idxal olunub. Beləliklə, alınmış bütün baş qoyunların 68%-i Gürcüstanın payına düşüb.
RF-dən $8 milyon 370,42 min dəyərində 101,762 min baş qoyub idxal olunub.
Statistik məlumatlara əsasən, 2023-cü ildə Azərbaycana $76 milyon 479,06 min (artım 1,6 dəfə) dəyərində 92,173 min baş iribuynuzlu mal-qara idxal olunub.
Həmçinin, əsas idxal Gürcüstan və RF-nin payına düşüb. Rusiyadan $34 milyon 843,25 min (artım 26 dəfə) 46,247 min baş mal-qara, Gürcüstandan - $19 milyon 460,43 min (azalma 17%) 25,34 min baş mal-qara idxal olunub. **
B.Rüstəmbəyov