NATO-nun Ukraynaya hərbi bölmələrini göndərmək planları yoxdur. Bu barədə «Associated Press» agentliyi NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatına istinadən xəbər verir.
"NATO müttəfiqləri Ukraynaya misli görünməmiş yardım göstərirlər. Biz bunu 2014-cü ildən etibarən edirik və sonra onu gücləndirdik (...). Lakin NATO-nun hərbi bölmələrinin Ukraynada yerləşdirilməsi planı yoxdur", - deyə o agentliyə bildirib. **