Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Almaniyanın Şərqi Biznes Assosiasiyası"nın (Ost-Ausschuss der Deutschen Wirtschaft) idarəedici direktoru Mixael Harms və Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşüb.
"Almaniyanın Şərqi Biznes Assosiasiyası"nın) idarəedici direktoru Mixael Harms və ölkəmizdə səfərdə olan Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşdə Azərbaycanın biznes mühiti, xarici investorlar üçün yaradılmış imkanlar barədə danışdıq və onları bu fürsətlərdən yararlanmağa dəvət etdik”, - nazir “X” hesabında yazəb.
Həmçinin, Cabbarov qeyd edib ki, investisiya əlaqələrini gücləndirmək və daha çox birgə layihələr həyata keçirmək barədə perspektivlər nəzərdən keçirilib. **
B.Rüstəmbəyov