Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “AccessBank”a mikro, kiçik və orta sahibkarlığIN (MKOS) kreditləşməsinin genişləndirilməsi üçün $20 milyon məbləğində sindikatlaşdırılmış kredit ayırmağı planlaşdırır.
«İnterfaks-Azərbaycan» AYİB-in məlumatına istinadən xəbər verir ki, sindikaylaşdırılmış kreditə aşağıdakılar daxil olacaq: $10 milyon – AYİB-in vəsaiti, daha $10 milyon - digər donorların vəsaiti. Bununla yanaşı, əgər digər donorlardan vəsait cəlb edə bilməsə, kreditin bu hissəsini AYİB tam ödəyəcək.
Kredit vəsaiti üç illik müddətə və manatla veriləcək. «Kredit vəsaitinin ayrılması Azərbaycanın MKOS nümayəndələrinin onlara çıxışını genişləndirəcək», - AYİB-dən vurğulanır.
“AccessBank” aktivlərinin həcminə görə Azərbaycanın 7-ci bankıdır. Bank əsas diqqəti Azərbaycanda mikro-biznesin, KOS-ların kreditləşdirilməsinə ayırır.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə 8-ci yerdədir. Bankın iri səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyasıdır (15,86%). **
R.Əhmədov