2024-cü ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 16,1 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2023-cü il yanvar ayının göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Yanvarda İKZF-nin müvəkkil bankları tərəfindən 20,87 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 30,2% - İF).
Bu dövrdə İKZF ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindənvəsait almayıb.
Hesabat dövründə İKZF 50 milyon manat məbləğində istiqraz yerləşdirib.
Yanvarda AMB tərəfindən verilmiş ipoteka kreditinin orta həcmi 61,058 min manat (2023-cü ildə - 59,964 min manat - İF) təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,33% dərəcəsi ilə verilib.
2023-cü ildə İKZF-nin müvəkkil bankları tərəfindən 461,4 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə