Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Azərbaycan XİN-in məlumatına əsasən, səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu planlaşdırılır.
“Habelə səfər çərçivəsində nazirin Almaniyanın rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov