İraq 10 ildən çox bağlı olan Şimal Neft Emalı Zavodunun fəaliyyətini yenidənqurmadan sonra bərpa edib. Bu barədə İraq baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
«Sutkada 4 milyon barreldən çox neft hasilatına baxmayaraq, İraq hələ də neft məhsullarını idxal edir», - məlumatda İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin sözlərindən sitat gətirilir. «Zavodun işə salınması sayəsində biz növbəti ilin ortalarına qədər ölkənin neft məhsullarına olan ehtiyacını tam ödəməyə ümid edirik», - o əlavə edib.
Bağdad şəhərindən 200 km şimalda Bayji şəhərində yerləşən Şimal NEZ 1975-ci ildə tikilib və gündəlik 300 min barelədək emal gücünə malik olub. 2014-cü ildə İŞİD terror qruplaşmasına qarşı döyüşlər zamanı ciddi zərər görüb. AFP agentliyi İraq Neft Nazirliyinin nümayəndəsi Asim Cihada istinadən xəbər verir ki, modernizasiyadan sonra zavodun gücü 250 min barel təşkil edəcək. **