NATO-nun Brüsseldəki mənzil-qərargahı elan edib ki, Şimali Atlantika alyansı ölkələrinin xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünə Çexiya ev sahibliyi edəcək, XİN başçıları mayın 30-31-də Praqada toplanacaqlar.
«Mən iyul ayında Vaşinqtonda keçiriləcək sammitimizə hazırlıq çərçivəsində bu qeyri-rəsmi görüşün təşkilinə görə Çexiyaya minnətdaram», - çərşənbə axşamı təşkilatın saytında dərc olunan rəsmi məlumatda NATO-nun baş katibi Yens Stoltenberin sözlərindən sitat gətirilir.
Stoltenberq xatırladıb ki, bu il Çexiyanın NATO-ya üzv olmasının 25 illiyi, Praqa sammitinin keçirilməsinin 22 ili tamam olur. **