Macarıstan və Slovakiya hökumətlərinin başçıları Viktor Orban və Robert Fitso çərşənbə axşamı Vışeqrad qrupunun Praqada keçirilən görüşündə Ukraynada münaqişənin sülh yolu ilə həlli imkanlarının müzakirəsinə başlamaq təşəbbüsü ilə çıxış ediblər. Bu barədə EFE agentliyi xəbər verir.
"Mən aydın ağılla və strateji soyuqqanlılıqla danışıqlar təklifi ilə çıxış edirəm. Sülh danışıqları nə qədər tez başlarsa, o qədər yaxşıdır", - agentlik Orbanın sözlərindən sitat gətirir.
Fitso macar həmkarını dəstəkləyərək qeyd edib ki, «sülh sazişinə nail olmaq üçün ilk addım dərhal atəşkəs olacaq».
EFE qeyd edir ki, Orban və Fitsonun mövqeyini Vışeqrad qrupunun tərəfdaşları - Polşa və Çexiya tənqid edib. Belə ki, Polşanın baş naziri Donald Tusk bəyan edib ki, bu regional birlik fundamental prinsipləri - Avropa dəyərləri, azadlıq, insan hüquqları və hüquqi dövlət haqqında yadda saxlamalıdır. Çexiyalı həmkarı Pyotr Fiala isə Macarıstan və Slovakiyanı Ukraynanı yalnız humanitar və maliyyə yardımı ilə dəstəkləmək niyyətində olmaları ilə bağlı qınayıb, baxmayaraq ki, onun sözlərinə görə, Çexiya və Polşa Kiyevə hərbi yardım göstərir. **