ABŞ Ukraynaya qoşun göndərməyəcək. Bu barədə çərşənbə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrien Uotson bəyan edib.
«ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirib ki, ABŞ Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün qoşun göndərməyəcək», - Qərb mətbuatı Uotsonun bəyanatından sitat gətirir.
Onun sözlərinə görə, ABŞ prezidenti hesab edir ki, Konqres Kiyevə $60 milyard ayırmağı nəzərdə tutan əlavə maliyyələşməni təsdiqlədikdən sonra Ukraynanın zəruri bütün silahları olacaq. **