Fiziki şəxslər 2023-cü ildə Azərbaycana malların idxalını 38,8% - $2 milyarda qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2023-cü ildə Azərbaycana malların idxalı 18,9% artaraq $17,3 milyarda çatıb.
Azərbaycana malların idxalı 2023-cü ildə özəl sektor tərəfindən $12,4 milyard (2022-ci illə müqayisədə artım 17,4%), dövlət qurumları xətti ilə $2,9 milyard (+ 13,9%), fiziki şəxslər tərəfindən $2 milyard (+ 38,8%) təşkil edib. **
R.Əhmədov