Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin “Alibaba” şirkətinin qlobal strateji tərəfdaşlıq üzrə rəhbəri Tim Sonqla görüşüb.
“Görüşdə şirkətin ölkəmizlə biznes əlaqələrinin təşviqi, ixrac potensialı yüksək olan yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması və digər potensial əməkdaşlıq barədə səmərəli müzakirələr aparılıb”, - İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bəşirli “Alibaba” şirkəti ilə əməkdaşlığın və işgüzar dialoqun genişlənməsinin önəmini vurğulayıb.
“Qeyd olunub ki, AZPROMO ilə "Alibaba.com" arasında imzalanmış Anlaşma Memorandumu (27 fevral Bakıda - İF) "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışının təmin edilməsinə töhfə verəcək”, - məlumatda qeyd olunur.
Sonq “Alibaba.com” elektron ticarət platformasının təqdim etdiyi imkanlar və üstünlükləri, həmçinin “Made in Azerbaijan” brendli məhsulların bu platformada satışının təşkili mexanizmləri ilə bağlı fikirlərini bölüşüb.**
N.Abbasova