2024-cü ilin yanvar ayında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 1,3% və ya 168,4 milyon manat - 13 milyard 116,17 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, yanvarda əhalinin milli valyutada əmanətlərinin həcmi 1,3% - 8 milyard 530,9 milyon manatadək (bütün əmanətlərin 65%-i) azalıb.
Əhalinin xarici valyutada bank əmanətləri 6,6% - 4 milyard 585,27 milyon manatadək və ya bütün əmanətlərin 35%-i səviyyəsində azalıb (2023-cü ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 33,2% təşkil edib).
Yanvarın sonuna rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 842,5 milyon manat (artım 1,2%), qeyri-rezidentlərin əmanətlərinin həcmi 1 milyard 273,6 milyon manat (artım 2,5%) təşkil edir.
2024-cü il yanvarın 31-nə banklarda əmanət və depozitlərin həcmi 37 milyard 588,9 milyon manat təşkil edir ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 1,7% çoxdur. **
X.Nəsirzadə