Azərbaycan Ordusunun hərbi qulluqçusu Laçın rayonu ərazisində (Ermənistanla sərhəddə) əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. **
B.Rüstəmbəyov