Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qeyd olunur ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru, “VNG” SC-nin İdarə Heyətinin sədri, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru və “HHLA International” şirkətinin icraçı direktoru daxildir. **
R.Kərimov