Martın 1-2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək, Anadolu Diplomatik Forumunda iştirak edəcək və türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparacaq. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü brifinqdə məlumat verib.
Bundan əlavə, nazirlər regional və beynəlxalq gündəmdəki məsələlər, o cümlədən Ukrayna, Cənubi Qafqaz, Fələstin-İsrail, Suriya və Liviyadakı vəziyyətə dair fikir mübadiləsi aparacaqlar. **