1 yanvar 2024-cü il tarixinə Azərbaycanda fəaliyyət göstərən 23 bankın hər biri İnternet bankinq xidmətini, 20 bank - Mobil bankinq xidmətini tətbiq edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“2023-cü ildə bankların müştərilərinin cari hesablarından 379,3 milyard manat məbləğində köçürmələrin sayı 363,6 milyon ədəd təşkil edib. Eyni zamanda, 301,8 milyard manat (79,6%) məbləğində köçürmələrin 73%-i (312,2 milyon vahid) rəqəmsal bankinq vasitəsilə həyata keçirilib”, - AMB-dən qeyd ediblər.
2023-cü ildə İnternet bankinq vasitəsilə müştərilərin köçürmələrinin həcmi 2022-ci illə müqayisədə 12% - 227,7 milyard manatadək artıb. Ümumilikdə, 21,2 milyard köçürmə (azalma 14,5%) həyata keçirilib.
2023-cü ildə Mobil bankinq vasitəsilə əməliyyatların həcmi 2 dəfə - 46,2 milyard manatadək, həyata keçirilmiş əməliyyatların sayı 2,4 dəfə - 290,8 milyona qədər artıb. **
A.Əzizov