2023-cü ildə ölkədə Milli Ödəniş Sistemi vasitəsilə aparılan əməliyyatların həcmi 766,377 milyard manat təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 2,2 dfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2023-cü ildə Milli Ödəniş Sisteminin dövriyyəsi Azərbaycanda ÜDM-in həcmini 6,2 dəfə üstələyib.
AMB-nin 2023-cü il ərzində rəqəmsal ödənişlər icmalına əsasən, ötən il sistem çərçivəsində ödənişərin ümumi sayı 147.745 milyon ədəd təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 51,4% çoxdur.
Ötən il Milli Ödəniş Sisteminin trukturunda “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) üzrə ödənişlərin sayı 2.12 milyon əməliyyat (artım 6,1 dəfə), dövriyyə - 716.3 milyard manat (artım 2,4 dəfə) təşkil edib.
Bundan başqa, 2023-cü ildə “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə əməliyyatların sayı 145,037 milyon ədəd (artım 51,2%), dövriyyəsi – 49,012 milyard manat (artım 16,9%) təşkil edib.
Həmçinin, AMB-də qeyd ediblər ki, ötən il AÖS vasitəsilə 1,054 milyard manat (artım 1,9 dəfə) həyata keçirilən əməliyyatların sayı 587.6 min ədəd (artım 74%) olub. **
X.Nəsirzadə