2023-cü ildə Azərbaycanla RF arasında ikitərəfli yük daşımaları 2022-ci illə müqayisədə 11%-dən çox artıb. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev çərşənbə günü Minvodıda kçeirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda məlumat verib.
"Ötən il ölkələrimiz arasında ikitərəfli yük daşımalarının ümumi həcmi 11%-dən çox artıb. Azərbaycan və Rusiya tərəfindən həyata keçirilən əlamətdar layihə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı layihəsidir", - baş nazirin müavini bildirib.
O vurğulayıb ki, dəhliz Cənubi Asiyadan Avropaya iki ölkə ərazisindən yüklərin daşınması üçün optimal imkan təmin edir. «2023-cü ildə dəhliz ilə yük daşımalarının həcmində (“Şimal-Cənub” BND -İF) təxminən 17% artım qeydə alınıb», - Mustafayev qeyd edib.
“İnterfaks” onun sözlərinə istinadən xəbər verir ki, Iki ölkənin əlaqələrinin möhkəmlənməsinə, o cümlədən ötən ilin mart ayında «Xanoba» gömrük keçid məntəqəsinin açılması təsir göstərib. O, keçid məntəqəsinin açılmasının gələcəkdə iqtisadi münasibətlərin inkişafına, ticarət dövriyyəsinin genişlənməsinə və Rusiya Federasiyası ilə Azərbaycan arasında yük daşımalarının həcminin artırılmasına töhfə verəcəyinə əminliyini bildirib. **