Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il üçün hədəfi müəyyən edib – kart əməliyyatlarında nağdsız ödənişlərin xüsusi çəkisini 2023-cü ildə 56,6%-dən 60%-dək artırmaq.
“İnterfaks-Azərbaycan” xəbər verir ki. 2023-cü il ərzində rəqəmsal ödənişlər icmalına əsasən, ötən il kart əməliyyatlarında nağdsız ödənişlərin xüsusi çəkisi 12,4 f.b. – 55,6%-dək artıb.
AMB-nin məlumatına görə, 2024-cü il üçün rəqəmsal ödənişlərin inkişafında həmçinin açağıdakı hədəflər müəyyən edilib: nağdsız əməliyyatların adambaşına düşən orta illik sayı – 130 ədəd (2023-cü ildə - 93 ödəniş), ani ödənişlərin MÖS əməliyyatlarında xüsusi çəkisinin 5%-dək artımı.
Bundan əlavə, 2024-cü ildə pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin 25%-dək, cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın payının 83%-dək (2023-cü ildə - 79,6%) artırılması planlaşdırılır. **
X.Nəsirzadə