Bakı regiondan kənar aktorların Cənubi Qafqazda ayırıcı xətlər qurmaq cəhdlərini görür. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq”, - Əliyev çərşənbə günü Bakıda Almaniya sahibkarları ilə görüşdə bildirib.
Əliyev əlavə edib: “Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük”. **
R.Əhmədov