Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb, Bakı ilə İrəvan arasında sülh prosesinin vəziyyəti və perspektivləri müzakirə olunub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub”, - XİN-in məlumatında deyilir.
Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb, Berlinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib.
O, Azərbaycanın normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Nazir əlavə edib ki, “5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi daşıyıb”. Bayramov Bakıya qarşı Ermənistan tərəfindən irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Öz növbəsində, Berbok Berlin ilə Bakı arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
XİN-dən əlavə olunub ki, görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
İnformasiya şöbəsi