Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Bakı ilə Berlin arasında iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə edib.
“Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - dövlət başçısının saytındakı məlumatda deyilir.
Nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən Əliyev iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu “əlaqələrimizin yaxşı göstəricisi” kimi dəyərləndirdi.
Ö, keçən il Berlinə səfəri zamanı Almaniya kansleri Olfa Şolts ilə görüşündə “əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin” müzakirə olunduğunu qeyd etdi.
Öz növbəsində, Harmsinfrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq, “Azərbaycanda səmərəli görüşlər keçirdiklərini” bildirdi.O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd etdi ki, “Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir”, “digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var”.
Harms vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir “və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər”. **
İnformasiya şöbəsi