Türkiyə Rusiya-Ukrayna danışıqlarının bərpa olunması üçün səy göstərməyə hazırdır. Bu barədə «Anadolu» agentliyi çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən xəbər verir.
«Sülhə nail olmaq üçün biz əvvəl İstanbulda baş tutan danışıqlar prosesini bərpa etməyə hazırıq», - Ərdoğan «Ukrayna-Cənub-Şərqi Avropa» sammitinin iştirakçılarına videomüraciətində bildirib.
"Diplomatiya və dialoq müharibəni ədalətli və davamlı sülh ilə bitirmək şansı qazanmalıdır. (...) Hesab edirəm ki, sülhün ümumi parametrlərini müəyyənləşdirmək üçün birgə səylərə təşəbbüs göstərmək lazımdır", - Türkiyə lideri əlavə edib.
Ərdoğan həmçinin Qara dənizdə kommersiya gəmilərinin təhlükəsizliyinə zəmanət prinsiplərinin qurulmasının vacibliyini qeyd edib və məlumat verib ki, Ankara BMT-nin təhlükəsizliyin təmin edilməsi öhdəlikləri ilə bağlı yeni nizamnamənin yaradılması ilə bağlı danışıqlarda iştirak edir. **