Azərbaycan və RF arasında 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanəb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, xüsusilə aşağıdakı sənədlər imzalanıb: Stavropol diyarı hökuməti ilə “Sanatoriy İstoçnik Jeleznovodsk” MMC arasında saziş; İxrac və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Şimali Qafqaz Federal Universiteti arasında Anlaşma Memorandumu; Stavropol diyarı Ticarət-Sənaye Palatası ittifaqı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumu.
2023-cü ildə Stavropol diyarı ilə Azərbaycan arasında xarici ticarətin dövriyyəsi $227 milyonu keçib. Azərbaycana taxıl, ət və yağ məhsulları tədarük edilir. Azərbaycandan tədarük nomenklaturasında spirtli və alkoqolsuz içkilər, üzvi kimyəvi birləşmələr üstünlük təşkil edir. **
R.Əhmədov