2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 2022-ci illə müqayiosədə 0,7% - 306 tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
İxrac dəyər ifadəsində 21,3% - 20,8 milyon avroya qədər artıb.
2023-cü ildə Azərbaycan bazarına ətir və tualet suyunun ixrac dəyərinə görə ilk beşliyə daxil olub: Almaniya (9 milyon avro, artım 21,5%), Fransa (5,4 milyon avro, artım 39%), İtaliya (3,3 milyon avro, artım 57%), İspaniya (1,3 milyon avro, azalma 3,1%) və Polşa (1,2 milyon avro, azalma 16,8%).**
R.Kərimov