Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Tamaş Şuyoka təbrik ünvanlayıb, Budapeşti Bakının yaxın dostu və etibarlı tərəfdaşı adlandırıb.
“Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur”, - cümə axşamı Azərbaycanın dövlət başçısının saytında dərc olunmuş sənəddə deyilir.
Azərbaycan prezidenti vurğulayıb ki, Bakı “böyük potensiala malik dövlətlərarası əlaqələrin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığın daha da dərinləşməsinə” xüsusi önəm verir.
“İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik”, - Əliyev yazıb.
Daha öncə Macarıstan parlamenti prezident Katalin Novakın istefasını qəbul edib və Tamaş Şuyoku növbəti prezident seçib. **
R.Kərimov