2024-cü ilin yanvar-fevral aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $34,3 milyon məbləğində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2023-cü ilin yanvar-fevral aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $23,4 milyon məbləğində ixrac həyata keçirilmişdi. Beləliklə, 2024-cü ilin yanvar-fevral aylarında bu göstərici 46,6% artıb.
Yanvar ayında bu göstərici $11,5 milyon, fevralda $22,8 milyon təşkil edib.
2023-cü ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $242,4 milyon məbləğində (2022-ci illə müqayisədə azalma 10,1%) ixrac həyata keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılıb.*
X.Nəsirzadə