2024-cü ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 187,9 milyon manat ($110,5 milyon) məbləğində əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bank əməliyyatlarının həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 9,6% artıb.
2023-cü ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 2 milyard 193,9 milyon manat ($1 milyard 290,5 milyon) məbləğində əməliyyat aparıblar, bu da 2022-ci ilin göstəricisindən 1,8% çoxdur. **
B.Rüstəmbəyov