«Azərbaycan Lizinq Şirkəti» MMC nizamnamə kapitalının əhəmiyyətli dərəcədə azaldığını elan edib.
«İnterfaks-Azərbaycan» xəbər verir ki, cəmiyyətin elanına görə, nizamnamə kapitalı 5 milyon manatdan 11 min manata, yəni 4 milyon 989 min manata və ya 454,5 dəfə azaldılıb.
Bununla yanaşı, cəmiyyət kapitalın belə əhəmiyyətli dərəcədə azalmasının səbəblərini qeyd etmir.
«Azərbaycan Lizinq Şirkəti» MMC 2008-ci ilin dekabrında Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçib. **
R.Əhmədov