Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir. Bu barədə Müdafiə Nazirliyndən məlumat verilib.
Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
“Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqları yerinə yetiririlib”, - məlumatda deyilir.
MN-dən əlavə olunub ki, döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər. **
R.Kərimov