Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Qərbə güclü Rusiya deyil, asılı və tərk olunan məkan lazımdır.
«Rusiyanın əvəzinə onlara asılı, sönən, tərk olunan məkan lazımdır ki, burada hər şey edə bilsinlər”, - o, RF Federal Məclisinə müraciətində bildirib.
Bununla yanaşı, Putin bildirib ki, «onlar səhv ediblər”. «Bu, bu gün tamamilə aydın məsələdir», - o deyib.
Eyni zamanda, onun sözlərinə görə, «Qərb müstəmləkə adətləri, bütün dünyada milli münaqişələri qızışdırmaq adəti ilə Rusiyanın inkişafını dayandırmağa çalışır». **