Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Avropaya hücum etməyi planlaşdırmır.
"Qərb Ukraynada, Yaxın Şərqdə, dünyanın digər bölgələrində münaqişələrə təhrik edib. Və yalan danışmağa davam edir. İndi isə utanmadan Rusiyanın guya Avropaya hücum etmək niyyətində olduğunu bəyan edirlər. Axı biz başa düşürük: bu sadəcə bir növ cəfəngiyatdır", - Putin bildirib. **