Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı “Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. ??
B.Rüstəmbəyov