Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının respublikadan çıxarılması məsələsi müzakirə olunmur. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib.
"Burada heç kim hərbi bazadan danışmır. Biz bu barədə danışmamışıq", - Simonyan jurnalistin müvafiq sualına cavab verərkən bildirib.
Bununla yanaşı, o qeyd edib ki, mövcud təhlükəsizlik sistemi işləmir.
Onun sözlərinə görə, Ermənistanın təhlükəsizlik sahəsində alternativi «bütün mümkün vəsaitlərdən istifadə etməklə yanaşı, KTMT-ni bir şəkildə reanimasiya etmək cəhdlərdir, bu ümidsiz olsa belə».
"Biz indi dövlətimizin müdafiəsi üçün mümkün olan bütün yerlərdən silah almağa çalışırıq. Əgər bu hansısa təhlükəsizlik sisteminə mane olarsa, bu onların problemidir. Aydındır ki, onlar (Rusiya - İF) öz öhdəliklərini yerinə yetirmirlər", - Simonyan qeyd edib.
O, həmçinin bildirib ki, Ermənistanda NATO-ya üzv olmaq məsələsi müzakirə edilmir. **