Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına münasibət bildirib.
“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, eyni zamanda çətin yolla gedir. Biz federal hökumət olaraq, mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik (...) Bu yolda atılan hər bir addım böyük əhəmiyyət kəsb edir”, - Berbok “X” hesabında yazıb.
Xəbər verildiyi kimi, 28-29 fevral tarixlərində Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparılır. **
R.Əhmədov