Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi məlumat verib ki, təşkilat Azərbaycan hərbçisinin Ermənistanda saxlanılması ilə bağlı aidiyyəti tərəflərlə dialoq aparır.
“Azərbaycan hərbçisinin saxlanılması (Ermənistanda - İF) ilə bağlı aidiyyəti tərəflərlə konfidensial və ikitərəfli dialoq aparırıq”, - BQXK-nin Bakı ofisinin "X" hesabında paylaşım edilib.
Xəbər verildiyi kimi, dünən Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Daha sonra Ermənistan tərəfi məlumat verib ki, hərbi qulluqçu Ermənistan ərazisində saxlanılıb. **
R.Əhmədov