“Cəfər Cabbarlı” stansiyasının birinci yolu yenidənqurma işlərindən sonra 2024-cü ilin birinci yarısında istifadəyə veriləcək. Bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bəyan edib.
"Hazırda tikinti işləri başa çatdırılır. Yol boyu divarlarının, perronun və əsas zalın divarlarının üzlənməsi işləri gedir. Platforma hazırdır. “Cəfər Cabbarlı” stansiyasının birinci yolu ilə hərəkət bu ilin birinci yarısında bərpa ediləcək", - Məmmədov cümə axşamı jurnalistlərə bildirib.
«İnterfaks-Azərbaycan» onun sözlərina istinadən xəbər verir ki, hazırda şərti adı B04 olan metro stansiyasının («Bənövşəyi xətt» -İIF) tikintisi üzrə torpaq işləri aparılır və bu iş başa çatdıqdan sonra B05 stansiyasının tikintisinə başlanılacaq.
Metroda gediş haqqının artırılmasına toxunan Məmmədov əmin edib ki, hazırda bu məsələ gündəmdə deyil. **
N.Abbasova