28-29 fevral 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Berlin şəhərində danışıqlarının yekunlarına dair “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin bəzi əsas məsələləri üzrə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd ediblər. Bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.
Qeyd olunur ki, danışıqlarda “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə tərəflərin mövqeləri müzakirə edilib.
“Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib”, - bəyanatda deyilir.
Nazirlikdən vurğulanır ki, tərəflər açıq qalan məsələlər üzrə danışıqların davam etdirilməsinə qarşılıqlı razılıq veriblər.
Həmçinin, Bayramov Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Berlinə minnətdarlıq ifadə edib. **
R.Kərimov