Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk Azərbaycanda natrium sianidin istehsalı layihəsini müzakirə ediblər.
“Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə keçirdiyimiz görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə etdik. Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik”, - Cabbarov “X” hesabında yazıb. **
B.Rüstəmbəyov