Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşüb.
“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşdə bərpaolunan enerji sahəsində birgə təşəbbüslər, Azərbayanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, - Cabbarov cümə axşamı “X” hesabında yazıb. **
R.Kərimov